Alternativ yollardan istifadə edin Alternativ yollardan istifadə edin

Bu küçələrdə hərəkətə məhdudiyyətlər qoyulacaq- Siyahı

Alternativ yollardan istifadə edin



Bakının Məmməd Araz və Yusif Vəzir Çəmənzəminli küçələrində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P.Mürsəliyev deyib ki, yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar bu gün axşam 22:00-dan başlayaraq qısa müddətə Məmməd Araz və Yusif Vəzir Çəmənzəminli küçələrində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq.

Qeyd edək ki, artıq paytaxtın Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Neftçilər prospektində, Cəlil Məmmədquluzadə küçəsinin Həsən Əliyev küçəsi ilə kəsişməsindən A.Bakıxanov küçəsi ilə kəsişməyədək olan hissəsi, Həsən Əliyev küçəsinin yeni təmir olunmuş 300 metrlik hissəsi, Heydər Əliyev prospektində əsas yolda və kənar yollardan birində xətlənmə işləri yerinə yetirilib.

AzNews.az