Markesin vida məktubu: “Bir nəfəslik yaşamım olsaydı...“

AzNews.az saytı bu gün 87 yaşında dünyasını dəyişən kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin vida məktubunu sizə təqdim edir

"...Əşyaların maddi yönlərinə yox, mənalarına dəyər verirdim. Az yatır, çox yuxu görürdüm. İnsan sevgidən vaz keçsə yaşlanar. Başqaları dayananda mən yeriməyə davam edirdim, başqaları yatanda mən oyaq qalmağa çalışırdım, başqaları danışanda dinləyib şokoladlı dondurmanın dadından zövq almağa çalışırdım. Əgər Tanrı mənə azacıq can versə, sadə geyinir, üzümü günəşə çevirir, sadəcə bədənimi yox, ruhumu da bütün çılpaqlığıyla açardım. Tanrım, əgər bir ürəyim olsaydı nifrətimi buzun üzərinə cızardım. Göy üzündəki aya ulduzlar boyunca Van Qoq rəsimləri çəkər, Benedettinin şeirlərini oxuyar, serenadalar söyləyərdim. Göz yaşlarımla gülləri sulayar, bədənimə batan tikanların acısını hiss edərdim, Tanrım, bir nəfəslik yaşamım olsaydı… Uşaqlara qanad verərdim. Amma uçmağı özlərinin öyrənməsini istərdim. Yaşlılara isə ölümün yaşlanma ilə yox, unutma ilə gəldiyini öyrədərdim. Ey insanlar! Sizlərdən nə qədər çox şey öyrənmişəm. Yeni doğulan bir körpənin atasının barmağını sıxarkən əslində onu özünə sonsuz məhəbbətlə məhkum etdiyini öyrəndim. Sizlərdən çox şey öyrəndim. Amma bu öyrəndiklərim heç də işə yaramayacaq. Çünki hamısını bir çantaya kilitlədim bədbəxt bir şəkildə. Artıq ölə bilərəmi?"

İntiqam Valehoğlu
AzNews.az