Markesin nəşi yandırılacaq


Məşhur yazıçı Qabriel Qarsia Markesin nəşi yandırılacaq. AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, yazıçının xüsusi matəm mərasimi nəzərdə tutulmayıb. Mərasim yazıçının son illərini yaşadığı Meksikanın paytaxtı Mexiko şəhərində baş tutacaq. Yazıçının nəşinin yandırılması prosesi onun pərəstişkarlarının qarşısında reallaşdırılmayacaq.

Xatırladaq ki, Markes 87 yaşında vəfat edib. Kolumbiyada bununla bağlı 3 günlük matəm elan edilib. Qabriel Qarsiya Markes 1982-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Aydan
AzNews.az