Məhkəmə “Maydan” hadisələrini icraata götürdü

Beynəlxalq Cinayət Məhkəməsinin Katibliyi Ukraynada "Maydan" hadisələri zamanı törədilən cinayət əməllərinin araşdırılması ilə bağlı bu ölkənin müraciətini qəbul edilib. AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, məhkəmə 2013-cü il noyabrın 21-dən 2014-cü il fevralın 22-nə qədər olan müddətdə Kiyevdə baş verənlərə hüquqi qiymət verəcək.

Xatırladaq ki, Ukraynanın paytaxtı Kiyevdə noyabrdan başlanan aksiyalar zamanı hökumət qüvvələri ilə toqquşmalar baş verib. Bu zaman 100-dən artıq mülki şəxs, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları ölüb. Aksiyalar nəticəsində Ukrayna prezidenti Viktor Yanukoviç ölkəni tərk edib. Daha sonra isə parlament onu vəzifəsindən uzaqlaşdırıb.

Aydan
AzNews.az