Məşhur teleaparıcı: “Arvadını səndən aldığım üçün üzr istəyirəm”

Məşhur amerikalı teleaparıcı Simon Kevell yaxın dostundan üzr istəyib. AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb teleaparıcının dostunun həyat yoldaşı ilə yaşadığı eşq macərasıdır. Belə ki, iş adamı Adrey Silvermanın həyat yoldaşı Keveldən hamilədir. Teleaparıcı isə bu barədə mətbuata açıqlamasında bildirib:

"Başınıza belə bir şey gəlsə, məsuliyyətinizi dərk etməlisiniz. Arvadını səndən aldığım üçün üzr istəyirəm".

İntiqam
AzNews.az