Putinə şad xəbər: keçmiş arvadına elçi çıxdı- FOTO

Novosibirskdə yaşayan milyonçu Yuri Babin Rusiya prezidenti Vladimir Putinin keçmiş xanımı Lyudmila Putina ilə evlənmək istədiyini deyib.

"Axar.az" xəbər verir ki, Babin bununla bağlı xanıma təklif də göndərmək istəyir. "Mən 2008-ci ildən dulam və Lyudmila Aleksandrovna Putinaya qəlbimi təklif eləmək istəyirəm. Bununla bağlı mən hələ iki ay əvvəl fikirləşirdim, ancaq Vladimir Vladmiroviç mənə yenə xatırlatdı. Ümid edirəm ki, mənim arzum reallaşacaq" deyə Babin bildirib. Lyudmila Putinaya təklifi necə edəcəyinə gəlincə isə, o, xanımın mətbuat vasitəsilə xəbərdar ola biləcəyinə ümid etdiyini deyib.

AzNews.az