Separatçılar girov götürdükləri jurnalisti zirzəmidə saxlayır

Ukraynanın Slavyanks şəhərində separatçılar tərəfindən girov götürülən jurnalist hələ də azad edilməyib. AzNews.az-ın xəbərinə görə, Slavyanskda separatçılar ukraynalı jurnalist Sergey Lefteri saxlayıblar.
Hərbçilər onu "Pravıy sektor"un üzvü olmaqda və hökumətə xəbər ötürməkdə ittiham ediblər. Son məlumatlara görə, Sergey Lefter hazırda Ukrayna Təhlükəsizlik Xidmətinin separatçılar tərəfindən ələ keçirilən Slavyansk şəhər şöbəsinin zirzəmisində saxlanılır. Jurnalistin sağlamlığının hansı vəziyyətdə olduğu haqda isə məlumat yoxdur.

Qeyd edək ki, jurnalist Slavyansk şəhər Sovetinin qarşısında reportaj hazırlayarkən, binanı ələ keçirən separatçılar tərəfindən girov götürülüb.

Aydan
AzNews.az