- Köhnə - Hadisə
- 23 Aprel 2014 09:45
- 3 492
Elmar Məmmədyarov Çempionlar Liqasındakı oyundan danışdı
Anspress.com-un verdiyi məlumata görə, nazir bu barədə bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, dünən təəssüf ki, "Atletiko Madrid" oyundan qələbə ilə ayrıla bilmədi. Ancaq 90 dəqiqə meydançada köynəklərində "Land of fire Azerbaijan" yazısı əks olunmuş futbolçular qaçırdılar.
Nazir həmçinin bildirib ki, iki ölkə arasında münasibətlər təzə-təzə inkişaf edir. Bir çox sahələrdə ikitərəfli əlaqələrin qurulmasına səy göstərdiklərini deyən Elmar Məmmədyarov İspaniya ilə siyasi münasibətlərin yaxşı səviyyədə olduğunu bildirib. O qeyd edib ki, İspaniya Dağlıq Qarabağ məsələsində bizi həmişə dəstəkləyib.
AzNews.az