Amaliya Pənahovanın teatrında nə baş verir? – Açıqlama

Bakı Bələdiyyə Teatrının direktoru, xalq artisti Amaliya Pənahova mətbuatın gündəmindən düşmək bilmir. Son vaxtlar görkəmindəki dəyişikliklərlə diqqətləri üzərinə çəkən xalq artistinin bu dəfə rəhbərlik etdiyi teatrın aktrisası, əməkdar artist Firəngiz Babayeva ilə arasında münasibətlərin gərginləşdiyi bildirilir. Qeyd olunur ki, aktrisalar arasında yaranan gərginliyin səbəbi Firəngiz Babayevanın bir neçə ay öncə truppa müdiri vəzifəsindən kənarlaşdırılmasıdır. Elə həmin vaxtlardan gərginləşən münasibətlər hazırda son həddə çatıb və Babayeva teatrdan getmək fikrindədir. AzNews.az məsələ ilə bağlı aktrisa Firəngiz Babayeva ilə əlaqə saxlayıb. Əməkdar artist saytımıza açıqlamasında bildirib ki, teatrdan uzaqlaşmaq fikri yoxdur və Amaliya Pənahova ilə münasibətləri qaydasındadır: "Xahiş edirəm bu barədə heç nə yazmayın. Sadə truppa müdiri məsulliyyətli iş idi. Gərək bütün gün teatrda olaydım. Mən də seriallara çəkilirəm, başqa işlərim olur. Qızım da pullu universitetdə oxuyur. Ona görə də əlavə gəlir mütləq vacibdir. Həm də aktrisa kimi seriallara, filmlərə çəkilməyim lazımdır. Hazırda mənim əvəzimə truppa müdiri vəzifəsini Zemfira adlı bir xanım çalışır".

İntiqam Valehoğlu
AzNews.az