• 23 Aprel 2014 13:32
  •  1 558

İran-Gürcüstan dəmiryolu xətti Azərbaycandan keçəcək

"İran, Azərbaycan və Gürcüstan arasında əlaqələrin genişləndirilməsi və adı çəkilən dəmiryolu xəttinin bu cür reallaşması regionun maraqlarına cavab verir".

Aktial.az İranın İrna agentliyinə istinadən bildirir ki, bu fikri İran prezidenti Həsən Ruhani Gürcüstanın bu ölkədəki yeni səfiri İosif Çakaşvilini qəbul edərkən söyləyib.

Ruhani bildirib ki, İran Gürcüstana dəmiryolu xəttini Azərbaycandan keçməklə birləşdirməkdə israrlıdır. O daha sonra qeyd edib ki, İran üçün Qara dənizə çıxmaqda Gürcüstan limanı olan Batumi xüsusilə, əhəmiyyətlidir.

AzNews.az