Müdafiə naziri Türkiyəyə getdi

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyəyə səfər edib


AzNews.az - ın APA-ya istinadən məlumatına görə, nazir aprelin 22-də Türkiyəyə yola düşüb.

Aprelin 25-dək davam edəcək səfər çərçivəsində müdafiə naziri Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə keçiriləcək anma mərasiminə qatılacaq.

Səfər çərçivəsində müdafiə naziri Z. Həsənovun Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyi ilə ikitərəfli görüşləri də olacaq.