İcra Hakimiyyətindən oğurluq edildi

Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin inzibati binasında oğurluq hadisəsi baş verib.

AzNews.az - ın xəbərinə görə, Səbail Rayon Polis İdarəsi rayon İcra Hakimiyyətinin Əlibəyov qardaşları 84 ünvanında yerləşən 2 saylı nümayəndəliyinin inzibati binasından qapını sındırma yolu ilə 3 ədəd kompüter dəsti, 1 ədəd HP markalı nootbuk və 1 ədəd "WI-Fi" modem oğurlandığı haqda məlumat yayıb.

Hadisə barədə Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşı İsrafil Kərimov bunları bildirib: "İstintaq başlayıb. Polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır".

AzNews.az