Dmitri Yaroş “xüsusi batalyon“ yaradır - FOTO



Ukrayna prezidentliyinə namizəd, millətçi "Pravıy sektor"("Sağ cinah") hərəkatının lideri Dmitri Yaroş Donetskdəki tərəfdarlarından "Donbas" xüsusi təyinatlı batalyon hazırlamaq fikrindədir.

"İnterfax - Ukrayna"ya istinad edən AzNews.az xəbər verir ki, bu məqsədlə Yaroş öz qərargahını Kiyevdən Dneprepetrovsk şəhərinə köçürüb. O öz niyyətini Dneprepetrovsk şəhərində keçirdiyi presskonfransda bəyan edib.

Yaroş Kiyevdən Dneprepetrovska köçmələrinə də aydınlıq gətirib:
"Buradan Donbasdakı vəziyyəti izləmək daha asandır", - deyə o bildirib.

"Seqodnya" agentliyinin məlumatına görə batalyonun ilkin tərkibi 800 nəfərdən ibarət olacaq.
Agentliyin məlumatıma görə haqqında beynəlxalq axtarış elan edilən radikal millətçi qrupun lideri Dmitri Yaroş açıqlamasında bildirib ki, donbaslılar özləri "Sağ cinah"dan Donbasda qaqyda - qanun yaratmağı xahiş ediblər.

Əli
AzNews.az