Əsas magistral yollardan biri bağlanacaq

Hacıqabul-Bəhramtəpə-Horadiz avtomobil yolunun bir hissəsi bağlanacaq. Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, Hacıqabul-Bəhramtəpə-Horadiz avtomobil yolunun Saatlı rayonu ərazisindən keçən hissəsində üst aşınma layının qoyulması ilə əlaqədar 48-ci km-dən 56-cı km-ə qədər hissə aprelin 25-dən 28-dək bağlanacaq. P.Mürsəliyev qeyd edib ki, magistral yolda alternativ yolu göstərən nişanlar qoyulacaq. Ona görə də sürücülərdən alternativ yoldan istifadə etmələri xahiş olunur.

AzNews.az