Natavan Laçının işğal günündəki konsertini təxirə saldı

Son zamanlar qınaq obyektinə çevrilən müğənni Natavan Həbibi bir çoxlarının gözlədiyi addımı atıb.

Mayın 17-də Laçının işğalı günü Heydər Əliyev sarayında ilk solo konsertini verməyə hazırlaşan müğənni fikrindən daşınmalı olub. Konsert verəcəyi barədə reklam yayınmağa başladığı andan etibarən media nümayəndələri və sosial şəbəkə istifadəçiləri tərəfindən kobud şəkildə qınanan ifaçı bu addımı atmağa məcbur qalıb. N.Həbibi mayın 17-də planlaşdırılan konsertini həmin ayın 24-nə təxirə salıb. İfaçı "Dinlə" adlı konsert proqramı ilə sevənlərinin qarşısında çıxış edəcək. (anspress.com)