"Həyatımla evcik oynadım"- Zöhrə Abdullayeva

"Həyat yoldaşım çox zalım idi. Amma həm el qınağından qorxduğum üçün, həm də atamın məni geri qəbul etməyəcəyini düşündüyüm üçün dözürdüm".

Axşam.az-ın məlumatına görə, bu sözləri "Xəzər" telekanalında yayımlanan "5/5" verilişinin qonağı olmuş əməkdar artist Zöhrə Abdullayeva deyib. O, 16 yaşında ailə həyatı qurmağının səbəblərindən danışıb:

"Mən heç vaxt evdə qalmayacaqdım. Elə bir ailənin qızı idim ki, istəyənim çox olurdu. 16 yaşımda ərə getdim. Surətpərəst idim. Həyat yoldaşımla yaraşıqlı olduğu üçün ailə qurdum. Mən əslində həyatımla evcik oynadım. Ərə getməyimin tək səbəbi gəlinlik geyinmək, duvaq taxmaq arzusu idi. Bu həvəslə tez ailə qurdum".

AzNews.az