Bu qadın dünyanın ən gözəl qadınıdır- FOTO

2014-cil il dünyanın ən gözəl qadını seçilib. Bu ada dünyanın ən gözəl qadınlarından biri olan Ancelina Colinin rəqibi, "12 il köləlik" filminə görə "Oskar" qazanan Lupita Nionq olub.Aktrisanı bu ada "People" jurnalı layiq görüb. Jurnal dünyanın 50 ən gözəl qadının adlarını açıqlayıb. Jurnal qaradərili aktrisanı jurnalın üz qabığına çəkib.

31 yaşlı Lupita Meksikada doğulub. Valideynlərinin doğulduğu Keniyaya köçüb. Daha sonra isə ABŞ-a gedib. Aktrisanın "12 il köləlik" filminin prodüseri olan Bred Pitt ilə yaxın münasibətdə olması haqqda iddialar yayılmışdı. Guya aktrisa Bred Pitt ilə Ancelina Colinin arasının dəyməsinə səbəb olub.

Lakin dünyanın ən gözəl cütlüklərindən olan Coli və Pitt ictimaiyyət arasında daha tez-tez birlikdə görünərək və bir-birlərini necə çox sevdiklərini nümayiş etdirməklə bu iddiaları təkzib ediblər.

Qeyd edək ki, siyahıda aktrisa Keri Rassel, Kerri Vaşinqton, Pink, Conni Depin nişanlısı Ember Herd də var. Ötən ilki siyahının birincisi idə aktrsa Qvinet Petrou olmuşdu. Adıçəkilən jurnal artıq 25 ildir ki, bu siyahını tərtib edir.(anspress)