“Mənim Kim Kardaşyanla nə işim var?“ - Faiq Ağayev

Xalq artisti Faiq Ağayev əslən erməni olan məşhur müğənni Kim Kardaşyanla bağlı yayılan şayiələrə son qoyub.

Axşam.az-ın məlumatına görə, "Faiq Ağayev Kim Kardaşyanla görüşür" xəbərinə müğənni qonaq olduğu "Bizim gün" verilişində açıqlama verib:

"Bu xəbəri adını jurnalist qoyan bəzi insanlar çıxarıb. Guya bomba oğlanlardılar da... Gətirib Amerikada yaşayan bir ermənini mənə qoşublar. Mənim onunla nə işim var? Yalan söhbətdir. İşim-gücüm yoxdur, Kardaşyanla görüşəcəm! Əgər o erməni Bakıya gəlsə, bu şayiəni yayanlar məndən qabaq qaçacaqlar hava limanına".

AzNews.az