Əxlaqsızlıq yuvaları aşkarlandı

Azərbaycanda 3 istirahət mərkəzində əxlaqsızlıq yuvası aşkar edilib.
AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, insan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Oğuz rayon sakini İntiqam Həmidovun rayonun Xaçmaz kəndinin ərazisində yerləşən "Təpə yeri" istirahət mərkəzində, Şəki şəhər sakinləri Qəlbinur Məmmədlinin Kiş kəndinin ərazisində yerləşən "Kiş adası" istirahət mərkəzində, Elçin Əzimovun şəhər ərazisində yerləşən "FM Hotel"-də gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvaları təşkil etmələri müəyyən edilib.
Araşdırmalar aparılır.

Amid
AzNews.az