Nardaranda müəmmalı ölüm

Xəzər dənizinin Sabunçu rayonu Nardaran qəsəbəsi istiqamətində suda boğulma hadisəsi baş verib.

AzNews.az-ın məlumatına görə, gənc oğlan dənizdə çimərkən müəmmalı şəkildə suda batıb.

Hadisə ilə bağlı dünən axşam radələrində Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.

Həmin gün saat 19:00 radələrində gəncin cəsədi sudan çıxarılıb. Ehtimala görə, gənc 23-25 yaşlarındadır.

Amid
AzNews.az