Məşhur avtoritetlərin adamları dalaşdı - Bakıda

İyulun 21-də Bakı Apelyasiya Məhkəməsində dustaqlara bibər qazı sıxılıb.


AzNews.az Azadlıq qəzetinə istinadən xəbər verir ki, dustaqların arasında 5 il yarım həbs cəzası almış NİDA-çı facebook fəalı Əbdül Əbdülov da olub. Bibər qazının təsirindən onun sol əli yanıb.

Bu barədə məhkəmədə iştirak edən NİDA İdarə Heyətinin üzvü Ülvi Həsənli facebook səhifəsində məlumat paylaşıb.

Onun yazdığına görə, məhkəmədə prosesi gözləmək üçün saxlandıqları otaqda dustaqlar arasında mübahisə düşüb. Mübahisə edənlər kriminal aləmin iki avtoritetinin – lotu Quli və Rövşən Lənkəranskinin adamları olub. Yaranan dava-dalaşı yatırmaq üçün məhkəmə nəzarətçiləri onların üstünə bibər qazı sıxıb. Lakin naşılıqdan qaz Əbdül Əbilovun əlini tutub. Nəticədə onun əli yanıb. Ülvi Həsənli yazır ki, Əbdül Əbilovun gözləri də qızarmışdı.

AzNews.az