ANS-in aparıcısı İran sərhədində gömrükçünü təhqir etdi - FOTO

ANS telekanalının tanınmış aparıcısı Aytən Səfərova İrandan Azərbaycana qayıdarəkən təxribatla üzləşib. AzNews.az xəbər verir ki, İran sərhədçiləri teleaparıcının sənədlərini yoxladıqdan sonra onun pasportunu etinasızlıqla qarşısına tullayıblar:

"İranlıların, farsların hörmətsizliyi neçə gündür ki, əsəb sistemimi sakit buraxmır. Sərhəddə pasportu vermişəm. Başında 3 kilo jele olan, alnından tər, sifətindən zəhrimar yağan bir sərhədçiyə. O da pasportumu götürüb möhürü vurdu və əvvəlkilərdə olduğu kimi mənim də pasportumu qarşıma zibil kimi tulladı. Mən də sifətinə baxıb "zibil" deyib pasportu götürdüm, üzərindəki gerbimizi öpdüm, nifrətlə baxıb uzaqlaşdım. Çaşmışdı... Amma heç nə demədi.

Biz tərəfə keçəndə öz sərhədçilərimiz və gömrükçülərimizi görüb sevindim. Soruşanda k, siz də İran pasportlarını tullayırsınız? Dedilər ki, bizdə belə "mədəniyyət" yoxdur. Bizim sərhədçilərimizə və İranla sərhəddəki Biləsuvar Gömrük Postundakılarımızın hamısına əhsən. Fəxr edirəm!"
Qeyd edək ki, Aytən Səfərovanın aparıcısı olduğu "Salam, Azərbaycan!" verilişi hazırda tətildədir.



İntiqam Valehoğlu
AzNews.az