Kitabxana yandı

Bu gecə Masallı rayonunda yanğın hadisəsi qeydə alınıb.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Qəriblər kəndində ümumi sahəsi 40 kv.m olan birmərtəbəli kitabxana binasının yanar konstruksiyaları və içərisində olan kitablar 15 kv.m sahədə yanıb.

Kitabxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az