Ərdoğanın çıxışına etiraz etdi, həbs olundu -FOTO

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Adanadakı "Vağzal Meydanında" çıxışı etirazla qarşılanıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hökumət rəhbərinin çıxışı zamanı bir vətəndaş "oğru var" deyə bağırıb. Bundan sonra baş nazir tribunada çıxışına ara verərək yanındakılardan "o nə edir?"deyə soruşub.

Vətəndaş isə Ərdoğana belə cavab verib: "Oğurluq, qanunsuzluq var. Polislərə yazıq deyilmi?"

Bundan sonra həmin şəxs Ərdoğanın mühafizəçiləri və polis tərəfindən saxlanılaraq ifadəsi alınmaq üçün Təhlükəsizlik İdarəsinə aparılıb.

Qeyd edək ki, Türkiyə prezidentliyinə namizəd olan Ərdoğan Adanaya seçki kampaniyası çərçivəsində keçirilən tədbirlərdə iştirak etmək üçün gedibmiş.



İntiqam Valehoğlu
AzNews.az