Fransada İsrail futbolçularına hücum edildi – Video

Fransanın "Lille" ilə İsrail "Makkabi Haifa" futbol klubları arasında keçirilən keçirilən hazırlıq matçında dava düşüb.

AzNews.az-ın məlumatına görə, oyunun 84-cü dəqiqəsində meydançaya girən şəxslər, israilli futbolçulara hücum ediblər.

Fələstin bayraqları ilə meydançaya daxil olan aksiya iştirakçılarının əlində bu ölkənin bayraqları da olub. Onlar İsrailin Qəzzada yüzlərlə fələstinlinin ölümü ilə nəticələnən hərbi əməliyyatların əleyhinə şüarlar səsləndiriblər. Aksiya iştirakçılarından birini əlində Türkiyə bayrağı da olub.

Buna etiraz edən "Makkabi" oyunçuları ilə aksiyaçılar arasında əlbəyağa dava başlayıb.
Qarşıdurmanın dərinləşməsinin qarşısını təhlükəsizlik qüvvələri alıb.




AzNews.az