Adil Mirseyidin vəfatından 7 gün keçdi – Şairin qızı atasına şeir həsr etdi - Fotolar

Bu gün şair-rəssam Adil Mirseyidin vəfatından 7 gün keçir.
AzNews.az xəbər verir ki, şairinin qızı Ayan Mirseyid atasına həsr etdiyi şeiri Adil Mirseyidin "Facebook" səhifəsində paylaşıb.
Ayan Mirseyid hisslərini atasının məzarı üstündə bölüşüb:
Mən sənsizliyə inanmiram-inanmayacağam ATAM

Sənsiz anlamı yoxdur burma-burma buludların
Anlamı yoxdur bu gün qanadlı umudların
Mən bilirəm adam necə çildirir, dəli olur
Və gün gəlir ölümündə öz əli olur

Mən bilirəm güzgülərin sirrini
Röyaların gercəklərə dönən yerini
Allah niyə, söndürdün güzgüdə yanan şamı?

Niyə, qıydın bəndənə o gecə...
Qoy, bir dua oxuyum röyalar gercək olsun
Mələklər goydən ensin usaqlar mələk olsun
Xatırladaq ki, şair Adil Mirseyid qaraciyər serrozu xəstəliyindən əziyyət çəkirdi. Şair iyulun 17-də dünyasını dəyişib.






Bahar Rüstəmli
AzNews.az