İntihar məqsədilə 15-ci mərtəbəyə çıxan şəxs xilas edildi- YENİLƏNİB

Bakıda intihar etmək istəyən şəxs xilas edilib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə İnşaatçılar prospekti-4 ünvanında qeydə alınıb.

1980-ci il təvəllüdlü Tərlan İsgəndərov intihar məqsədi ilə 16 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsinə çıxaraq intihar etmək istəyib. Fövqəladə Hallar Nazirliyinin hadisə yerində olan əməkdaşları vətəndaşla söhbət edərək, onu fikrindən daşındırıblar.

Hadisə yerində olan polis əməkdaşı APA-ya bildirib ki, intihara cəhd edən şəxs gözdən əlildir və pensiyasını ala bilmədiyi üçün intihar etmək istəyib.


***
11:58


Bakıda bir nəfər şəxs intihar məqsədi ilə çoxmərtəbəli binanın damına çıxıb.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, şəxsiyyəti hələlik məlum olmayan kişi Ədliyyə Nazirliyinin yaxınlığında yerləşən 16 mərtəbəli binanın damına çıxaraq özünü atacağını bildirir.

Hazırda Fövqəladə Hallar Nazirliyi və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları intihar etmək istəyən şəxsi fikrindən daşındırmaq üçün iş aparırlar.

AzNews.az