Daş karxanasında dəzgahın altında qaldı- Öldü

Güzdək qəsəbəsi ərazisində olan daş karxanasında xəsarət almış şəxs ölüb.
AzNews.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, iyulun 23-də Məhəmməd Adamov işlədiyi Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində yerləşən "Xəzri" MMC-yə məxsus daş karxanasında dəzgahın altında qalıb.
Xəstəxanaya yerləşdirilmiş M.Adamov orada ölüb.

AzNews.az