“Putinə yaxın dairələrdə Ukraynada terror imkanları müzakirə edilir” - Şok iddia

Rusiyalı muzdlu döyüşçülər Ukraynada geniş miqyaslı terror aktları törədəcəkləri dair əmr alıblar.

AzNews.az-ın məlumatına görə, bu barədə xəbəri UNN informasiya agentliyi Ukrayna xüsusi xidmət orqanlarına istinadən yayıb.

Məlumatda bildirilib ki, Ukraynanın cənub-şərqində mövcud olan təxribat qrupları Rusiyadakı təlimatçılarından terror aktlarına başlamalarına dair xüsusi tapşırıqlar alıblar: "Əldə olan xəbərlərə görə, Putinə yaxın dairələrdə terror aktlarının həyata keçirilməsi imkanları müzakirə edilir. İlkin ehtimala görə, terror Rusiyadan Ukraynaya gələn sərnişin təyyarəsinin Kiyevə enişi zamanı həyata keçirilməlidir. Bundan sonra isə bütün məəsuliyyət Ukraynanın üzərinə atılmalıdır. Bununla da Rusiya Malayziya təyyarəsinin vurulmasında izi itirmək istəyir".

Xəbərdə vurğulanıb ki, ötən gün Daxili İşlər Nazirliyi Ukrayna xalqına müraciət edərək, əhalini baş verə biləcək insidentlərə hazır olmağa və asayişi pozan hərəkətlərin qarşısını almağa kömək etməyə çağırıb.

Əhməd
AzNews.az