Gülağa Aslanlı: “Müsavatın rayon təşkilatının sabiq sədri saxlanıldı”

Müsavat Partiyasının Tərtər rayon təşkilatının sabiq sədri, hazırda hüquq firmasında çalışan Xəqani Məmmədov saxlanılıb.

AzNews.az xəbər verir ki, bu barədə Gülağa Aslanlı məlumat verib.
G. Aslanlının sözlərinə görə, hadisə ötən gün rayon ərazisində baş verib.

O bildirib ki, X. Məmmədov saxlanılmanın motivi barədə Xəqani Məmmədovun ailəsinə və yaxınlarına heç nə deyilməyib.

AzNews.az