Həsən Həsənovun öldürüldüyünün təsdiqlənməsi atasının vəziyyətini pisləşdirdi

Kəlbəcərdə ermənilərin girov götürdüyü Həsən Həsənovun ölüm xəbəri "Dövlətqaçqınkom" tərəfindən yayılan məlumatda təsdiqləndikdən sonra onun atası Fərman Həsənovun vəziyyəti pisləşib.

Bu barədə Modern.az-a ailənin yaxınları məlumat verib.

Məlumatda bildirilir ki, həkimlər Fərman Həsənovun tam sakit şəkildə saxlanılmasını məsləhət görüblər. Ailə üzvləri isə Həsənlə bağlı danışmaq istəmir və onun hələ də sağ olduğuna dair ümidlərini itirmirlər.

Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 18 gün əvvəl girov düşən Həsən Həsənovun ermənilər tərəfindən öldürüldüyünə dair bu gün rəsmi xəbər yayıb.

AzNews.az