“Həmas” İsrail Tel-Əviv aeroportunu vurdu- VİDEO

"Həmas"ın əsgəri qanadı hesab edilən "İzzeddin el-Kassam Tuqayları" İsrailin Tel-Əviv Ben Gurion hava limanını vurub. AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, aeroporta 2 ədəd M75 raketiylə zərbələr endirilib.

Qeyd edək ki, iyulun 7-dən indiyə kimi davam edən İsrail-Fələstin müharibəsində 718 fələstinli öldürülür, 4563 nəfər yaralanb. Həyatını itirənlərdən 176 nəfəri uşaq, 79-u qadındır




İntiqam Valehoğlu
AzNews.az