Keçmiş məmur təhlükəsizlik idarəsinə təslim oldu

İyulun 22-də Türkiyədə keçirilən əməliyyat zamanı evində olmayan İstanbul Kəşfiyyat Şöbəsinin rəisi İsmail Arslan İstanbul Təhlükəsizlik İdarəsinə gedərək təslim olub. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İ.Arslan idarəyə gələrkən kinayəli açıqlamalarla diqqət çəkib:

"14 ildir bu şöbədə işləyirəm. Ev tutmağa getmişdim, çağırdılar gəldim. PKK terror təşkilatı tərəfindən molotovlanan avtobusun yandırılması nəticəsində, toylarına bir ay qalmış gəlinlik geymədən şəhid olan qızlarımızın qatillərini yaxaladığımız üçün mükafat verməyə çağırdılar. Bu mükafat mənim üçün bir medal. Medalı almağa gedirəm. Bu, boynumuza asacağımız bir medal deyil. İllərcə daşıdığımız namusumuz, şərəfimiz, qürurumuz var. Şəhid olan qızlarımızın analarına səslənirəm. Mənim anam yox. Lütfən məni övladları kimi qəbul etsinlər".

Qeyd edək ki. İstanbul Təhlükəsizlik İdarəsinin keçmiş şöbə müdiri Ali Fuat Yılmazerin vəkili Hüseyin Ataol 9 polis əməkdaşının bu gün təslim olacağını açıqlamışdı.

İntiqam Valehoğlu
AzNews.az