Daha bir təyyarə yoxa çıxdı

"Air Algerie" aviaşirkəti bəyan edir ki, Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərindən havaya qalxan təyyarə ilə əlaqəni itirib. AzNews.az-ın məlumatına görə, bu barədə "Frans-Press" aviaşirkətə istinadən xəbər verir.

Məlumatda deyilir ki, hava naviqasiya xidməti cümə axşamı Uaqaduqudan Əlcəzairə uçan təyyarə ilə əlaqəni itirib.

Xəbər verilir ki, təyyarə havaya qalxdıqdan 50 dəqiqə sonra əlaqə itib.

AzNews.az