2 günə 30 milyon qazandı - VİDEO

İspaniyanın "Real Madrid" klubu daha bir rekorda imza atıb.

ANS PRESS-in məlumatına görə, komanda bu dəfə meydançadakı uğurlarına görə yox, transfer etdiyi yeni futbolçusuna görə diqqət mərkəzinə düşüb. Bir neçə gün öncə ictimaiyyətə təqdim edilən yeni futbolçu Ceyms Rodriqesin forması rekord səviyyədə satılıb. Klub forma satışından 30 milyon avro qazanıb.

İspan klubundan verilən rəqəmlərə görə, "Real Madrid" transferin ardından ilk bir saatda 900, 24 saatda 50 min, son 48 saatda isə 350 min Ceyms Rodriqes forması satıb.

Qeyd edək ki, Ceyms Rodriqes "Monako"dan "Real Madrid"ə 80 milyon avro müqabilində transfer olub. Futbolçu Dünya Çempionatında vurduğu 6 qolla turnirin bombardiri adına layiq görülüb.