Məşhur “qanuni oğru” Rusiyadan deportasiya edildi - VİDEO

Rusiyada daha bir "qanuni oğru" deportasiya edilib. AzNews.az Rusiya Federasiyası Daxili işlər nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Rusiyada saxta sənədlərlə saxlanılan "qanuni oğru" "Çuto Xonskiy" Gürcüstana göndərilib.

Xatırladaq ki, "qanuni oğru" 2013-cü ildə Tulada saxlanılmışdı. Bu zaman onun üzərində saxta pasport olub. Müstəntiqlər "saxta sənədlər, dövlət mükafatları, möhürlər, ştamp və blankların saxtalaşdırılması, istehsalı və ya satışı" maddəsi ilə cinayət işi başlamışdılar. Məhkəmə "qanuni oğru" barədə 1 il 2 ay azadlıqdan məhrumetmə hökmü verib. O, cəzasını Udmurti cəzaçəkmə müəssisəsində çəkməli idi. Cəzasını çəkdikdən sonra "qanuni oğru" hüquq mühafizə orqanları tərəfindən Moskvaya aparılıb, oradan isə vətəni Gürcüstana deportasiya edilib.




Aydan Axundova
AzNews.az