Reynaldodan AFFA-ya mesaj- FOTOLAR

"Qarabağ" futbol klubunun braziliyalı forvardı Reynaldo Dos Santos şəxsi facebook profilində üzərində Azərbaycan bayrağı əks olunan koftayla çəkdirdiyi fotosunu paylaşıb.

AzNews.az xəbər verir ki, "sambaçı"nın paylaşdığı foto azarkeşlər tərəfindən AFFA-ya mesaj kimi qiymətləndirilib. Belə ki, Reynaldo bir müddət öncə mətbuata verdiyi açıqlamalarda Azərbaycan milli futbol yığmasında oynamaq təklifi alarsa, imtina etməyəcəyini bildirmişdi.





İntiqam Valehoğlu
AzNews.az