Dayanacaqda möcüzə - VİDEO

Braziliyadakı avtomobil dayanacaqlarından birində möcüzə yaşanıb. ANS PRESS-in məlumatına görə, avtomobil dayanacağında arxa-arxaya hərəkət edən maşın azyaşlı uşağın üzərindən keçib.

Belə ki, bir kişi avtomobilə minmək üçün dayancağa gəlir. O, uşağı nəzarətsiz buraxır və maşını dayanacaqdan çıxartmaq üçün arxaya hərəkət etdirir. Bu zaman uşaq iməkləyə-iməkləyə maşına yaxınlaşır. Hərəkət edən avtomobil onun üzərindən keçir.

Bütün bunlar dayanacağın müşahidə kamerası vasitəsilə qeydə alınıb. Uşağı maşının altından çıxarıblar. Azyaşlı oğlanın bədənində yüngül xəsarətlər olsa da, onun həyatı üçün heç bir təhlükə yoxdur.



AzNews.az