Uşaq evinin işçisi uşaqları zorladı -VİDEO

Keniyaya yardım məqsədilə səfər edən amerikalı missioner dəhşətli cinayətə imza atıb. ANS PRESS-in məlumatına görə, amerikalı Mathev Durhamın çirkin və iyrənc əməllərinin üstü açılıb.

Məlum olub ki, M.Durham Keniyaya heç də xoş niyyətlə gəlməyib. O, yardım məqsədilə yetim evlərinin birində işə başlayıb. Uşaqlara tərbiyəçilik edən M.Durham azyaşlılara həddindən artıq qayğı göstərirmiş.

Lakin sonradan məlum olub ki, M.Durhamın uşaqlara belə marağı səbəbsiz deyil. Sən demə M.Durham hər gecə bir uşağı otağına apararaq zorlayırmış. O, əsasən qız uşaqlarına maraq göstərib. Lakin onun qurbanları arasında oğlan uşaqları da az deyil.

Faktla bağlı araşdırma aparılır.



AzNews.az