Vəfa Zeynalova 3 dəfə ərə gedib?- FOTOLAR

ATV-də yayımlanan "Gündəlik" verilişinin aparıcı Mətanət Əlverdiyeva əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Vəfa Zeynalovanı təqdim edərkən səhvə yol verib. AzNews.az xəbər verir ki, teleaparıcı əməkdar artisti "Zeynallı" soyadıyla təqdim edib:

"Mən başa düşmürəm səni niyə Zeynallı kimi təqdim elədim".
Aktrisa isə bildirib ki, bu, onun üçüncü soyadıdır. Əlverdiyeva aktrisanın bu cavabına gözlənilməz sualla qarşılıq verib:"Başa düşmürəm, sən üç ər dəyişmisən?"
Zeynalova isə Mətanətə bildirib ki, bir dəfə ailə həyatı qurub

İntiqam Valehoğlu
AzNews.az
image description image description image description image description