İraqın yeni prezidenti məlum oldu

İraq kürd bölgəsinin siyasi partiyaları prezidentliyə namizədlərini müəyyənləşdiriblər.

AzNews.az-ın məlumatına görə, bu gün İraq parlamentinin kürd deputatlarının və siyasi dairələrinin iştirakı ilə iclas keçirilib. İclasda kürd siyasi dairələrinə nüfuzlu şəxs kimi tanınan Fuad Məsum İraqın yeni prezidenti seçilib.

Xəbərdə o da qeyd olunub ki, İraqda yazılı olmayan qaydaya görə, prezidenti kürdlər, parlament sədrini sünni ərəblər, baş naziri isə şiələr seçir. Ölkədəki bütün siyasi partiyalar da bu qaydaya riayət edirlər. İki həftə sonra isə baş nazir və hökümətin tərkibinə yenidən baxılacaq.

Məlumat olaraq bildirilib ki, Kürdüstan Vətənpərvərlər Birliyinin Siyasi Bürosunun üzvü olan 76 yaşlı Fuad Məsum əvvəlki prezident Cəlal Təlabaninin uşaqlıq dostudur. F. Məsumla C. Təlabani siyasətdə də birgə fəaliyyət göstəriblər.

Məhəmməd
AzNews.az