İsrail orta məktəbi atəşə tutdu- 15 uşaq qətlə yetirildi

İsrail hərbi birləşmələri Qəzzanın Beyt Hanun yaşayış məntəqəsində BMT-yə aid olan məktəbi tankdan atılan mərmi ilə dağıdıb.

AzNews.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, atəş zamanı məktəbdə əksəriyyəti uşaqlar olmaqla 15 nəfər həlak olub, 200 nəfər isə yaralanıb.

BMT nümayəndəsi Robert Turner bölgədəki bütün məktəblərinin koordinatlarının İsrail hərbi qüvvələrinə məlum olduğunu deyib.
Onun sözlərinə görə, məktəbdə olan mülki şəxslər yəhudi hərbçilərlə məktəbdə silahlıların olmadığını desələr də, İsrail Ordusunun birləşmələri heç bir xəbərdarlıq etmədən təhsil müəssisəsini atəşə tutublar.

"Əl-cəzirə" televiziya kanalına danışan həmin vaxt məktəbdə olmuş Kemal Advan adlı yaralı bildirib ki, təhlükəsiz olduğuna görə, məktəbə sığınmışdıq.

Beyt Hanun xəstəxanasının baş həkimi Ayman Hamdan isə məktəbdə baş verən hadisədən sonra yaralıların çox olduğunu çətinliklə qarşılaşdıqlarını deyib.

Məlumatda o da qeyd olunub ki, məktəbdə çoxu qadın və uşaq olmaqla 800 qaçqın yaşayıb.

Fələstin Səhiyyə Nazirliyindən bildirilib ki, İsrailin hərbi müdaxiləsi başlanandan 800-dən çox qəzzalı həlak olub, onlardan 200-ə yaxını isə uşaq olub.

Aydan Axundova
AzNews.az