"Jirinovskiyə təşəkkür edirəm" - Novruz Məmmədov

Prezident Adminstrasiyası rəhbərinin müavini Novruz Məmmədov öz "Twitter" səhifəsində Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovskiyə təşəkkür edib. AzNews.az-ın məlumatına görə, şöbə müdiri bu fikirləri bildirib:
"Azərbaycan, Heydər Əliyev və Prezident İlham Əliyev haqqında "Россия 24"də dediyi fikirlərinə görə Jirinovskiyə təşəkkür edirəm".

N. Məmmədov onu da əlavə edib ki, "РБК" kanalında bəzi jurnalistlər "Россия 24"də baxıb dərs almalıdırlar: "Onların buna çox ehtiyacı var" .

Qeyd edək ki, rusiyalı deputat bildirib kİ, Azərbaycan MDB məkanındakı real müsbət nümunədir. Bu ölkənin bütün kəndləri abadlaşdırılıb, idman obyektləri də daxil olmaqla yeni komplekslər ucaldılır, bütün ölkə tamamilə dəyişilib.
AzNews.az