DİN-dən saxlanılan müsavatçı ilə bağlı Açıqlama

"Fərəc Kərimov hazırda polis orqanlarında saxlanılır".

Bunu AzNews.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.

F. Kərimovun dəqiq harada saxlandığı haqda məlumat verməyən E. Zahidov iş üzrə araşdırmanın getdiyini söyləyib: "Fərəc Kərimov saxlanılarkən üzərindən narkotik vasitə aşkar edilərək götürülüb. Bu məsələ ilə bağlı polis orqanlarında istintaq hərəkətləri aparılır".

Qeyd edək ki, Fərəc Kərimov iyulun 23-də Bakı Sağlamlıq Mərkəzinin yaxınlığında saxlanılıb.

Xatırladaq ki, iyulun 17-də isə Fərəc Kərimovun qardaşı Sirac Kərimovu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tutublar.

Sirac Kərimov Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə ittiham edilir, işi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır.


Bahar Rüstəmli
AzNews.az