Ukrayna Ordusu Lisiçansk şəhərini azad etdi

Ukrayna Silahlı Qüvvələri rusiyameyilli separatçıların nəzarətində olan Donbass bölgəsində antiterror əməliyyatlarını davam etdirir.
AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, iki gün əvvəl Luqans vilayətinin Lisiçansk şəhərinə daxil olan hökumət qüvvələri yaşayış məntəqəsində nəzarəti tam olaraq ələ keçiriblər. Artıq şəhərin bütün strateji obyektləri Ukrayna güc strukturlarının nəzarətindədir.

Antiterror Mərkəsinin informasiya bölməsinin rəhbəri Dimitriy Tımçuk deyib ki, "Marinovka" sərhəd-keçid məntəqəsində olan hökumət qüvvələri Rusiya ərazisindən atəşə tutulub.

Əhməd
AzNews.az