Türkiyədə saxlanılan polislərdən 8-i buraxıldı

Türkiyədəki 22 iyul əməliyyatları zamanı saxlanılan 22 nəfər polis əməkdaşı dünən İstanbul Ədliyyə İdarəsinə gətirilib. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tibbi müayinədən keçirilən saxlanılan şəxslər ardınca istintaqa ifadə veriblər. İfadəsi alınanlardan 8-i sərbəst buraxılıb. Qalan 14 nəfər isə Sulh Cəza Hakimliyinə göndərilib.

İntiqam Valehoğlu
AzNews.az