Təhqir olunmuş fələstinli əsirlər – Foto

Tel-Əvivdə nəşr olunan "Haaretz" qəzeti İsrail ordusunun əsir götürdüyü fələstinlilərin fotolarını yayıb.

AzNews.az-ın məlumatına görə, xəbərdə bildirilib ki, bu fələstinlilər bir neçə gün əvvəl əsir götürülüb.

Yayılan şəkildə fələstinlilərin soyundurularaq, psixoloji işgəncəyə məruz qaldıqları görünür.

Qəzet yazır ki, İsrail ordusu Qəzzaya hücum əməliyyatına başladığı 17 iyul tarixindən bu günədək 270 fələstinlini əsir götürüb.

İsrail hərbi mənbələri "Həmas"la bağlantısı olmayan əsirlərin sərbəst buraxıldığını bildirib.



Aydan Axundova
AzNews.az