Müsavatçı Fərəc Kərimov barəsində həbs qətimkan tədbiri seçildi

İyulun 23-də saxlanılan Müsavat Partiyasının üzvü, bloqger Fərəc Kərimovun barəsində həbs qətimkan tədbiri seçilib.

Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, iyulun 24-də Nərimanov Rayon Məhkəməsi tərəfindən F. Kərimovun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, iyulun 23-də Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda Fərəc Kərimovun polislər tərəfindən saxlanıldığı, üzərindən narkotik maddə tapıldığı qeyd olunub, saxlanmanın səbəbi kimi onun internetdə psixotrop maddələri təbliğ etməsi göstərilib.

AzNews.az