Saatlı sakinindən avtomat silahı götürüldü - VİDEO

Əvvəllər dəfələrlə məhkum olunmuş Saatlı rayon sakininin evində avtomat silahı tapılıb.

Saatlı Rayon Polis Şöbəsindən APA-nın məlumata görə, Saatlı rayonunun Çolpu kənd sakini, 1966-cı il təvəllüdlü Əhmədov Hasil Hacı oğluna məxsus mənzildən "AKM 74" markalı avtomat silah, 2 ədəd avtomat darağı və müxtəlif çaplı gilizlər aşkar edilərək götürülüb.

Qeyd edilib ki, Hasil Əhmədov əvvəllər bir dəfə adam öldürmə və 2 dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkum olunub.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.



AzNews.az