Ermənilərin vurduğu gənc Bakıya gətirildi

Ötən gün Tovuzun Əlibəyli kəndində düşmən gülləsinə tuş gələn mülki şəxs Bakıya gətirilib.

Kliniki Tibbi Mərkəzdən ANS PRESS-ə verilən məlumata görə, 17 yaşlı Fərid Məmmədov əməliyyat olunmaq üçün xüsusi ambulans helikopterlə Bakıya gətirilib.

Xəstəxanadan verilən məlumata görə, hazırda o reanimasiyadadır. Hazırda həkimlər yaralını müayinə edirlər. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Ötən gün axşam saatlarında Tovuz rayonunun Əlibəyli kəndində intensiv atəşə tutulub.

ANS PRESS-in məlumatına görə, ermənilərin aramsız açdıqları atəş nəticəsində 2 kənd sakini yaralanıb. Bunlar 1997-ci il təvəllüdlü Fərid Məmmədov Nəbi oğlu və 52 yaşlı Anya Ələsgərovadır.
Güllə Fəridin burun nahiyyəsindən girərək çənəsində dayanıb.

AzNews.az